Modern.az

Minsk qrupunun buraxılması qərarını haqlı sayırıq - Rusiya XİN

Minsk qrupunun buraxılması qərarını haqlı sayırıq - Rusiya XİN

Dünya

4 Sentyabr 2025, 09:47

Rusiya tərəfi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Qarabağ münaqişəsinin həlli üzrə Minsk qrupunun buraxılması ilə bağlı qərarını haqlı sayır.

Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Zaxarova xatırladıb ki, Rusiya Federasiyası ATƏT-in digər üzvləri ilə birlikdə konsensus qaydası əsasında bu qərarın qəbulunda birbaşa iştirak edib: "Biz regionda vəziyyətin köklü dəyişməsi ilə əlaqədar bu addımı haqlı və əsaslı hesab edirik. 

Minsk institutlarının bağlanması təşəbbüsü Ermənistan və Azərbaycana məxsusdur".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular