Avropa Parlamentinin (AP) Sol fraksiyası Avropanın Qəzza zolağı ilə bağlı vəziyyətlə bağlı fəaliyyətsizliyi və ABŞ ilə uğursuz ticarət sazişi ilə əlaqədar Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyenə etimadsızlıq səsverməsinə çıxarılmasını təklif edib.
Modern.az bu barədə Avropanın “Politico” nəşrinə istinadən xəbər verir.
“Biz belə nəticəyə gəldik ki, prezident fon der Leyenin rəhbərliyi altında AK Avropa Parlamentinin etimadını itirib və şəffaflıq, hesabatlılıq və beynəlxalq hüquq prinsiplərinə hörmət etmədiyinə görə onu istefaya çağırıb”, - etimadsızlıq səsverməsinin mətnində deyilir.
Sənədə əsasən, parlamentarilər hesab edirlər ki, Brüssel və Vaşinqton arasında ticarət sazişi Aİ üçün zərərlidir və “asimmetrikdir və qarşılıqlı faydalı deyil”.
AP həmçinin Avropa Komissiyasını Fələstin-İsrail münaqişəsi ilə bağlı fəaliyyətsizlikdə ittiham edib.
Etimadsızlıq məsələsi üzrə səsvermə oktyabrda keçirilə bilər. Müzakirələrə və sonrakı səsverməyə başlamaq üçün təklifin 72 deputat tərəfindən dəstəklənməsinə ehtiyac var.