Modern.az

Qazaxıstanın xarici işlər nazirinin saxlanılma xəbəri TƏKZİB EDİLDİ

Qazaxıstanın xarici işlər nazirinin saxlanılma xəbəri TƏKZİB EDİLDİ

Dünya

4 Sentyabr 2025, 14:20

Qazaxıstanın Dezinformasiya ilə Mübarizə Mərkəzi xarici işlər naziri Murat Nurtleu və iş adamı Hacı Hacıyevin saxlanılması ilə bağlı yayılan xəbərləri təkzib edib.

Modern.az xəbər verir ki, bu barədə KazTAG məlumat yayıb.

“Bilərəkdən yalan məlumatların yayılması ictimai inamı zədələyir və cari hadisələrlə bağlı təhrif olunmuş təsəvvür yaradır”, - bəyanatda deyilir.

Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi avqust ayında açılıb və ölkə Prezidenti yanında Mərkəzi Rabitə Xidmətinin tərkibinə daxildir.

 

***

13:20

Qazaxıstanın baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtleunun saxlanması ilə bağlı məlumat saxtadır.

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstanın "Kaztag" agentliyinə məlumatlı mənbə bildirib.

Xarici İşlər Nazirliyi və digər dövlət qurumları hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Qazaxıstanın informasiya naziri Aida Balayeva respublika XİN rəhbərinin saxlanılması ilə bağlı xəbərləri təsdiqlənməmiş adlandırıb.

***

 

Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu və iş adamı Hacı Hacıyev saxlanılıb.

Modern.az "Orda"ya istinadən xəbər verir ki, bu gün xarici işlər naziri Murat Nurtleu və iş adamı Hacı Hacıyev saxlanılıblar.

Bildirilir ki,  ŞƏT sammitində iştirak edən nazir ötən gün Çindən qayıdıbmış. Müstəntiqlər həm nazirin, həm də iş adamı Hacıyevin iqamətgahında axtarış aparıblar. 

Onların hansı səbəbdən saxlanıldığı hələlik məlum deyil.

Qeyd edək ki, Nurtleu 3 aprel 2023-cü ildən Qazaxıstan baş nazirinin müavini - xarici işlər naziridir.

Nurtleu əvvəllər Qazaxıstan prezidenti administrasiyasına rəhbərlik edib, eyni zamanda Milli Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular