Modern.az

Bayden yenidən xərçəngdən əməliyyat olundu

Bayden yenidən xərçəngdən əməliyyat olundu

Dünya

5 Sentyabr 2025, 07:57

ABŞ-nin sabiq prezidenti Cozef Bayden yenidən dəri xərçəngi hüceyrələrinin çıxarılması əməliyyatı keçirib.

Modern.az xəbər verir ki, bu barədə "NBC News" telekanalı məlumat yayıb.

"Baydenin üzərində dəri xərçənginin ən geniş yayılmış formalarının müalicəsi üçün istifadə olunan Mos əməliyyatı adlanan prosedur keçirilib", - keçmiş ABŞ liderinin mətbuat katibi telekanala bildirib.

Prosedurdan sonra Baydenin bərpa prosesinin yaxşı getdiyi bildirilir.

Onun əməliyyatı nə vaxt keçirdiyi açıqlanmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular