Modern.az

3 ölkə Ukraynaya qoşun göndərməkdən imtina etdi

3 ölkə Ukraynaya qoşun göndərməkdən imtina etdi

Dünya

5 Sentyabr 2025, 08:04

İtaliya təhlükəsizlik zəmanətləri çərçivəsində Ukraynaya qoşun göndərmək niyyətində deyil.

Modern.az xəbər verir ki, bu barədə İtalyanın baş naziri Giorgia Meloni "istəklilər koalisiyasının" iclasında bildirib.

Meloni İtaliyanın "Ukrayna sərhədlərindən kənarda monitorinq və təlim təşəbbüsləri vasitəsilə mümkün atəşkəsi dəstəkləməyə" hazır olduğunu qeyd edib.

"Ukraynaya İtalyan əsgərlərini göndərməyəcəyik", - o bildirib.

İtaliyanın baş naziri həmçinin NATO müqaviləsinin 5-ci maddəsinə bənzər kollektiv təhlükəsizlik mexanizminin yaradılmasını təklif edib.

İtaliyadan başqa, Rumıniya və Polşa da Ukraynaya qoşun yeritməkdən imtina edib.

“Adevarul” qəzetinin yazdığına görə, bu, tərəflərlə məsləhətləşərək qəbul edilmiş qərar olub və Rusiyaya yaxın olan ölkələr eyni fikirdədir

Rumıniya prezidenti Nicusor Dan, həmçinin ölkəsinin sülhməramlı əməliyyatlara kömək edəcəyini təsdiqləyib.

Polşanın Ukraynaya qoşun yeritməkdən imtina etməsini baş nazir Donald Tusk bəyan edib. "Dəfələrlə vurğuladığımız kimi, biz müharibə başa çatdıqdan sonra da daxil olmaqla, Ukraynaya qoşun göndərməyi nəzərdə tutmuruq. Biz logistikaya cavabdehik", - Tusk deyib.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron “istəklilər koalisiyası”nın ABŞ və Ukrayna ilə danışıqlarından sonra Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi missiyasında 26 ölkənin iştirak etməyə hazır olduğunu bildirib. Makron qeyd edib ki, ümumilikdə “istəklilər koalisiyasında” 35 ölkə var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular