Modern.az

Rusiya ilə Çinin qaz diplomatiyası - ŞƏRH

Rusiya ilə Çinin qaz diplomatiyası - ŞƏRH

Dünya

5 Sentyabr 2025, 08:39

Rusiya ilə Çin arasında qaz əməkdaşlığı yeni mərhələyə qədəm qoyub. Pekində keçirilən görüşlər zamanı tərəflər “Sibir Gücü-2” adlı 2600 kilometrelik yeni qaz kəmərinin inşası ilə bağlı hüquqi sənəd imzalayıblar. Layihə on ildən çoxdur müzakirə edilsə də, bu dəfə real addımlar atılıb.

Mövcud “Sibir Gücü” kəməri üzrə də razılıq əldə olunub. Razılaşmaya əsasən, Çinə verilən qaz həcmi 38 milyard kubmetrdən 44 milyarda yüksəldiləcək. Bundan əlavə, Rusiyanın Saxalin adasından qaz ixracı 20% artırılaraq 12 milyard kubmetrə çatdırılacaq.

Bununla Moskva Çinin əsas qaz tədarükçüsünə çevrilməyə daha da yaxınlaşır. Hazırda Rusiya Çinin ümumi qaz idxalının 22%-ni təşkil edir. Yeni həcmlərlə bu göstəricinin 30%-i keçəcəyi, “Sibir Gücü-2” tamamlandıqdan sonra isə iki dəfə artacağı ehtimal olunur.

Lakin ekspertlər bildirirlər ki, əsas maneə qiymət məsələsidir. Çinin daha çox qaza ehtiyacı olub-olmadığı da sual altındadır, çünki ölkə həm daxili qaz istehsalını artırıb, həm də ABŞ daxil olmaqla müxtəlif ölkələrlə LNG müqavilələri imzalayıb.

Həmçinin, Çin hər nə qədər yaxşı münasibətləri olsa da, Rusiya qazından asılı vəziyyətə düşmək istəmir.

Analitiklər hesab edirlər ki, Moskva-Pekin qaz əməkdaşlığı təkcə iqtisadi deyil, həm də siyasi xarakter daşıyır. ABŞ Prezidenti Donald Tramp Rusiyanı enerji bazarından sıxışdırmaq və Çinə LNG satışı ilə təsir imkanlarını genişləndirmək istəyir. Lakin Pekinin Moskva ilə yaxınlaşması Vaşinqtonun planlarına meydan oxuma kimi dəyərləndirilir.

Elnur Əmirov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular