Modern.az

Putin Zelenskini Moskvaya kapitulyasiya üçün dəvət edib? - AÇIQLANDI

Putin Zelenskini Moskvaya kapitulyasiya üçün dəvət edib? - AÇIQLANDI

Dünya

5 Sentyabr 2025, 10:40

Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Volodimir Zelenskini təslim olmaq üçün deyil, danışıqlar üçün Moskvaya dəvət edib.

Modern.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Şərq İqtisadi Forumunda çıxışı zamanı deyib.

“Biz diplomatik və sülh yolu ilə məqsədlərimizə nail olmaq istərdik, belə imkanlarımız olana qədər xüsusi hərbi əməliyyatı davam etdirəcəyik”, - o qeyd edib.

Peskovun sözlərinə görə, xarici qoşunların Ukraynaya mümkün yerləşdirilməsi münaqişənin həllini daha da yaxınlaşdırmayacaq.

"Siz digər ölkənin (Rusiyanın - red.) təhlükəsizliyini pozmaqla bir ölkənin (Ukraynanın - red.) təhlükəsizliyinə təminat verə bilməzsiniz. Bizim anlayışımıza görə, bu, Ukrayna münaqişəsinin həllinə yaxınlaşmağa kömək etməyəcək".

Bundan əvvəl Zelenski Putinin dəvətinə münasibət bildirib. O, fransalı həmkarı Emmanuel Makronla birgə mətbuat konfransında deyib.

“Amerikalı tərəfdaşlarımız deyiblər ki, Putin məni Moskvaya dəvət edib. Məncə görüşmək istəmədiyinə görə məni Moskvaya dəvət edib. Hazırda Rusiya tərəfdən müharibəni dayandırmaq üçün hər hansı bir istək görmürük”, - Zelenski bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular