Modern.az

Tramp dilemma qarşısında - Sanksiya olsun, ya olmasın...

Tramp dilemma qarşısında - Sanksiya olsun, ya olmasın...

Dünya

5 Sentyabr 2025, 13:18

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunmasından ehtiyat edir.

Modern.az xəbər verir ki, bu barədə CNN bildirib.

Məlumata görə, Tramp hesab edir ki, sərt tədbirlər Ukrayna ilə bağlı danışıqlar prosesinə mane ola bilər.

Telekanal qeyd edir ki, Tramp getdikcə artan təzyiqlə üz-üzədir, siyasi dairələrdən Moskvaya qarşı daha qətiyyətli mövqe nümayiş etdirmək tələb olunur. Lakin Tramp bu addımların sülh prosesini poza biləcəyindən narahatdır.

Xatırladaq ki, ABŞ liderinin Rusiya prezidenti Vladimir Putinlə Alyaskadakı görüşündən təxminən üç həftə keçib. CNN yazır ki, bu müddətdə irəliləyiş əldə olunmaması Trampı məyus edib.

Məlumata görə, Tramp Putinin və Ukrayna prezidenti Volodimir Zelenskinin birbaşa görüşünü təşkil etmək ideyasını da nəzərdən keçirir. ABŞ-ın müttəfiqlərinə verilən siqnallarda qeyd olunur ki, Vaşinqton mümkün sülh sazişi imzalanacağı təqdirdə Ukraynaya təhlükəsizlik zəmanətləri verməkdə məhdud rol oynamağa hazırdır.

CNN həmçinin xatırladır ki, Tramp daha əvvəl Putini sərt nəticələrlə hədələsə də, qapalı müzakirələrdə bu yanaşmanın danışıqları poza biləcəyindən ehtiyatlandığını etiraf edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular