Modern.az

Ukrayna cəbhəsində SON DURUM

Ukrayna cəbhəsində SON DURUM

Dünya

5 Sentyabr 2025, 13:36

Sumı vilayətində son günlər Rusiya ordusunun hücumlarının sayı əhəmiyyətli dərəcədə azalıb.

Modern.azın məlumatına görə, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin sözçüsü Andrey Demçenko bildirib.

Onun sözlərinə görə, xüsusən Xotin və Yunakov icmalarında əvvəllə müqayisədə düşmənin hücum cəhdləri və hərəkətləri xeyli azalıb.

Demçenko qeyd edib ki, Rusiya tərəfi bu istiqamətdə toplanmış qüvvələrinin bir hissəsini geri çəkərək ölkənin cənub bölgələrinə yönləndirir.

Ukrayna mediası yazır ki, Rusiya ordusu Liman istiqamətində hücumlarını artırmağa çalışır. “Tavriya” qoşun qruplaşmasının məlumatına görə, işğalçılar hücum qruplarının sayını artırmaq və döyüşlərin intensivliyini yüksəltmək niyyətindədir.

Ukrayna Silahlı Qüvvələri son sutkada rusların  18 hücumunu dəf edib. Rusiya qüvvələrinin Qrekovka, Novıy Mir, Novomixaylovka, Karpovka, Şandriqolovo, Torskoye və Serebryanka meşəsindəki hücumlarının hamısı boşa çıxıb.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular