Ermənistan Müdafiə nazirinin müavini Hraçya Sarqsyan ölkəsinin müdafiə xərclərinin heç vaxt Azərbaycanın büdcəsi ilə müqayisə oluna bilməyəcəyini deyib.
Modern.az bu barədə erməni KİV-ə istinadən xəbər verir.
Onun sözlərinə görə, Ermənistanın 2025-ci il dövlət büdcəsində Müdafiə Nazirliyi üçün 1,7 milyard dollar vəsait nəzərdə tutulub. Halbuki Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 5 milyard dollara yaxındır.
Müdafiə xərclərinin artırılıb-artırılmayacağı hələlik məlum deyil.