Modern.az

Rusiya ilə Ukrayna arasında bufer zona: hansı ölkə dayanacaq? 

Rusiya ilə Ukrayna arasında bufer zona: hansı ölkə dayanacaq? 

Dünya

5 Sentyabr 2025, 16:27

Rusiya ilə Ukrayna arasında mümkün sülh sazişinin bir hissəsi kimi demilitarizasiya olunmuş bufer zonanın yaradılması müzakirə olunur.

Modern.az bu barədə "NBC News"a istinadən xəbər verir.

Bildirilir ki, məqsəd iki tərəfin nəzarətindəki əraziləri ayırmaq və yeni döyüşlərin qarşısını almaqdır.

Məlumata görə, ABŞ bu zonada izləyici rolunda çıxış edə, müşahidə üçün pilotsuz uçuş aparatları, peyklər və digər kəşfiyyat vasitələrindən istifadə edə bilər. Zonanın təhlükəsizliyinin isə NATO-ya daxil olmayan ölkələrin hərbçilərinə həvalə olunması variantı nəzərdən keçirilir ki, Rusiyanın maraqlarına uyğun olsun.

Hələlik bufer zonanın dəqiq sərhədləri müəyyənləşməyib.

"Politico" yazır ki, Avropa dövlətləri cəbhə xətti boyunca 40 kilometrlik zona təklif edir. Lakin ABŞ həmin müzakirələrdə iştirak etməyib və Kiyevin bu plana razılaşıb-razılaşmayacağı da bəlli deyil, çünki söhbət ərazi güzəştlərindən gedə bilər.

Planın hazırlanmasının 15 avqustda Alyaskada keçirilən Rusiya–ABŞ sammitindən sonra başladığı bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular