Modern.az

Gürcüstan seçkiləri müşahidə etməyə beynəlxalq müşahidəçilər dəvət edib

Gürcüstan seçkiləri müşahidə etməyə beynəlxalq müşahidəçilər dəvət edib

Dünya

6 Sentyabr 2025, 12:34

Biz ATƏT/DTİHB missiyasını yerli hökumət seçkilərini müşahidə etmək üçün dəvət etmək qərarına gəldik və artıq müvafiq məktub ATƏT/DTİHB-yə göndərilib.

Modern.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirdiyi brifinqdə söyləyib.

Onun sözlərinə görə, Gürcüstan hökuməti ATƏT/DTİHB missiyası tərəfindən seçkiləri müşahidə etmək üçün hər cür şərait yaratmağa tam hazırdır.

“Ümid edirik ki, dəfələrlə təhqir və təzyiqlərə baxmayaraq, ATƏT/DTİHB Gürcüstana müşahidə missiyası göndərməkdən çəkinməyəcək”, - deyə Kobaxidze vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular