Modern.az

Ukrayna və Rusiya yeni əsir mübadilələrinə hazırlaşır

Ukrayna və Rusiya yeni əsir mübadilələrinə hazırlaşır

Dünya

6 Sentyabr 2025, 14:51

Ukrayna və Rusiya yeni əsir mübadilələrinə hazırlaşır.

Modern.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov “Novini.LIVE”a bildirib ki, Ukrayna və Rusiya yeni əsir mübadilələrinə hazırlaşır və yaxın vaxtlarda növbəti mərhələlər həyata keçiriləcək.

Yusov yeni mübadilələri anons edərək vurğulayıb ki, Ukrayna əsirlərin azad olunması üçün maksimum səylər göstərir.

O əlavə edib ki, İstanbulda əldə olunmuş razılaşmaların həyata keçirilməsi davam edir və artıq şərti olaraq adlandırılan "üçüncü İstanbul" razılaşmasının icrasına da başlanılıb. Bununla yanaşı, planlı mübadilələr də davam edir.

Yusov qeyd edib ki, müharibə ərzində 68 əsir mübadiləsi baş tutub: “Bu yalnız planlaşdırılmır, artıq hazırlanır. Yaxın gələcəkdə mütləq yeni mübadilə mərhələləri olacaq”.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular