Modern.az

Londonda iğtişaşlar - Saxlanılanlar var

Londonda iğtişaşlar - Saxlanılanlar var

Dünya

6 Sentyabr 2025, 20:36

Londonda, Parlament Meydanında “Palestine Action” təşkilatının qadağan edilməsinə qarşı keçirilən etiraz aksiyası gərgin anlara səbəb olub.

 

Modern.az “Reuters”ə istinadla xəbər verir ki, keçirilən nümayişdə qarşıdurma zamanı zorakılıq halları qeydə alınıb, onlarla iştirakçı saxlanılıb. Şahidlərin sözlərinə görə, polis dəyənəklərdən istifadə edib və saxlanılan nümayişçilərdən biri qan içində qalıb. Təşkilatçılar iddia ediblər ki, aksiyada 1500-ə qədər insan iştirak edib.

 

Metropolitan Polisi bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları həm fiziki, həm də şifahi hücuma məruz qalıblar. Əməliyyata London şəhər polisi də qoşulub. Bölgədə 8 polis avtomobili saxlanılanları aparmaq üçün hazır vəziyyətdə gözləyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular