Səlahiyyət müddəti ötən ay bala çatan Polşanın keçmiş prezidenti Anjey Duda özünə yeni iş tapıb.
Modern.az xəbər verir ki, o, məşhur "YouTube" kanalında siyasi tok-şousun aparıcısı olacaq.
"Məmuniyyətlə elan edə bilərəm ki, Kanal Zero-nun yeni müəllifi var. Prezident Anjey Duda 16 aktual mövzuda 16 veriliş hazırlayacaq. Onlarla həmsöhbət, anlar, situasiyalar. Xatirələr və cari məsələlərə baxış.
Premyera sentyabrın 15-də olacaq", - bunu Polşa media kanalının yaradıcısı Kriştof Stanovski "X" sosial şəbəkəsində yazıb.