Modern.az

Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin görüşü təsdiqləndi

Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin görüşü təsdiqləndi

Dünya

7 Sentyabr 2025, 14:22

Rəsmi İrəvan Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin gözlənilən görüşü ilə bağlı məlumatı rəsmən təsdiqləyib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

"Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində yaxın günlərdə Ruben Rubinyan və Serdar Kılıç arasında görüş planlaşdırılır", - məlumatda bildirilir.

 

Bundan əvvəl Türkiyə mətbuatı xüsusi nümayəndələrin Marqara-Əlican sərhəd-keçid məntəqəsinin fəaliyyəti ilə bağlı ilk görüşlərini keçirəcəkləri barədə məlumat yayıb.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular