Modern.az

Rusiya iqtisadiyyatını çökdürə bilər

Rusiya iqtisadiyyatını çökdürə bilər

Dünya

7 Sentyabr 2025, 20:54

ABŞ Maliyyə naziri Skott Bessent Rusiyaya qarşı yeni sanksiyaların gündəmdə olduğunu açıqlayıb.

O bildirib ki, Vaşinqton Moskvanın iqtisadiyyatına daha ciddi təzyiq göstərməyə hazırdır, lakin bunun üçün Avropa ölkələrinin dəstəyi vacibdir.

Modern.az xəbər verir ki, Bessent bu barədə NBC-yə müsahibəsində danışıb.

Nazir vurğulayıb ki, ABŞ Avropa İttifaqı ilə birlikdə hərəkət edərsə, Rusiyanın iqtisadi dayaqlarını tamamilə sarsıtmaq mümkündür:

“Biz Rusiyaya təzyiqi gücləndirməyə hazırıq, amma bunun üçün Avropa tərəfdaşlarımız da bizim nümunəmizi izləməlidirlər. Əlavə sanksiyalar və rus neftini alan ölkələrə qarşı ikincili tariflər tətbiq olunarsa, Rusiya iqtisadiyyatı tamamilə çökmüş olacaq. Bu isə Putini danışıqlar masasına oturmağa məcbur edəcək”.

Nazir, həmçinin müharibənin gedişatını “yarış” kimi təsvir edib:

“İndi əsas sual budur - daha çox kim davam gətirə biləcək: Ukrayna ordusumu, yoxsa Rusiya iqtisadiyyatımı?”

Bessentin bu açıqlaması Rusiyanın Kiyevə genişmiqyaslı zərbə endirməsindən cəmi bir neçə saat sonra səsləndirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular