İstanbulda ötən gecədən başlayan gərginlik davam edir.
Modern.az-ın məlumatına görə, Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul təşkilatının önündə etiraz aksiyası keçirilir.
Partiyanın İstanbul təşkilatının rəhbərliyinin vəzifədən uzaqlaşdırılması və yerinə müvəqqəti sədr təyin olunması barədə məhkəmə qərarı etirazlara səbəb olub.
İstanbul Valiliyinin bazar axşamından etibarən ər ərazidə bütün yürüş və aksiyaları qadağan etməsinə baxmayaraq, binanın önündə çoxsaylı insan toplaşıb. Valiliyin qərarı ilə CHP binasına gedən bütün yollar bağlanıb, polis ərazini nəzarətə götürüb.
Gecə saatlarında aksiya iştirakçıları ilə polis arasında qarşıdurma yaşanıb. Polisin bir neçə nəfəri saxladığı bildirilir.
CHP-nin İstanbul təşkilatının sədri vəzifəsindən uzaqlaşdırılan Özgür Çelik sosial media paylaşımında bildirib ki, üzvlərin partiya binasına gəlməsi nə cinayət, nə də aksiyadır.
Bugün isə məhkəmə qərarı ilə təyin olunan müvəqqəti heyətin başında olan Gürsel Tekin və üzvlərinin CHP İstanbul İl Başkanlığı binasına getməsi gözlənilir. Bu addımın yeni qarşıdurmalara səbəb ola biləcəyi ehtimal edilir.
Daxili işlər naziri Ali Yerlikaya bildirib ki, məhkəmə qərarlarını tanımamaq və insanları küçələrə çağırmaq açıq şəkildə hüquqa meydan oxumaqdır. "Dövlət hər qanunsuz addıma qarşı tədbir görəcək”, - o xəbərdarlıq edib.
Ədliyyə naziri Yılmaz Tunç isə hadisələr və sosial mediada paylaşılan “provokativ mesajlarla” bağlı İstanbul Baş Prokurorluğu tərəfindən cinayət işi açıldığını açıqlayıb.
Rəsmi qurumlar məhkəmə qərarına hörmət göstərilməsinin vacibliyini vurğulayır,