ABŞ prezidenti Donald Tramp ölkənin böyük şəhərlərində cinayətkarlığa qarşı tədbirlərin gücləndiriləcəyini bildirib.
Modern.az bu barədə ABŞ mediasına istinadən xəbər verir.
Daha əvvəl Tramp sosial şəbəkədə paylaşdığı məlumat müzakirələrə səbəb olub. O, "səhərlər deportasiya qoxusu" və "Çikaqo tezliklə bunun niyə “müharibə nazirliyi” adlandırıldığını anlayacaq" kimi ifadələrin yer aldığı bir paylaşım etmişdi. Bu açıqlama şəhərə qarşı “müharibə elan edildiyi” barədə iddialara səbəb olub.
Prezident isə jurnalistlərə açıqlamasında bu iddiaları təkzib edib: “Biz müharibə başlamırıq. Biz şəhərlərimizdə qayda-qanun yaradacağıq”, - deyə Tramp vurğulayıb.
O, Çikaqonu “dünyanın ən pis və ən təhlükəli şəhəri” adlandırıb.