Modern.az

Putin qadın və uşaqlara hücum edən qorxaqdır! - Nazir

Putin qadın və uşaqlara hücum edən qorxaqdır! - Nazir

Dünya

8 Sentyabr 2025, 12:36

Çexiyanın xarici işlər naziri Yan Lipavski Rusiyanın Ukraynaya son kütləvi hava zərbələri ilə bağlı şərhində kifayət qədər sərt olub.

Modern.az xəbər verir ki,  Yan Lipavski X platformasında yazıb ki, Rusiya prezidenti Vladimir Putin sadəcə sülh istəyirmiş kimi davranır.

"Putin guya müharibəni dayandırmaq istəyir, reallıqda isə o, mümkün qədər çox ukraynalı öldürməyə çalışır. Dünən gecə Ukraynaya 800-dən çox pilotsuz təyyarə və raket buraxılıb, nəticədə ana və onun iki aylıq körpəsi həlak olub. O, qadınlara və uşaqlara hücum edən qorxaqdır", - Lipavski vurğulayıb.

Nazir onu da qeyd edib ki, Ukraynaya yardımın dayandırılmasını müzakirə etmək təcavüzkarın tərəfini tutmaq deməkdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?