Modern.az

Lavrovdan Bakı-İrəvan razılaşmasına REAKSİYA

Lavrovdan Bakı-İrəvan razılaşmasına REAKSİYA

Dünya

8 Sentyabr 2025, 13:10

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-da Bakı ilə İrəvan arasında razılaşmanı Azərbaycan və Ermənistanın suveren hüququ adlandırıb.

Modern.az xəbər verir ki, bu barədə Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində tələbələr qarşısında çıxışında bildirib.

O qeyd edib ki, 2020-2022-ci illərdə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunan razılaşmaları Amerika Birləşmiş Ştatlarından yekunlaşdırmaq qərarına gəliblər:

"Bu, bizim qonşularımızın suveren hüquqlarıdır. Lakin baxmaq lazımdır ki, bu razılaşmalar necə işləyəcək. İrəvan və Bakı arasında razılaşmadan sonra ABŞ-da səslənən çoşğulu çığırtılar sənədin dərcindən sonra skeptik qiymətləndirmələrlə əvəzlənib”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?