Modern.az

Qüdsdə terror - 5 nəfər ÖLDÜ

Qüdsdə terror - 5 nəfər ÖLDÜ

Dünya

8 Sentyabr 2025, 13:30

Qüds şəhərində terror aktı törədilib.

Modern.az-ın məlumatına görə, İsrailin milli təcili yardım xidməti bildirib ki, hadisə nəticəsində beş nəfər həyatını itirib.

Onlardan dördünün ölümü hadisə yerində qeydə alınıb, ağır vəziyyətdə xəstəxanaya aparılan qadın isə daha sonra dünyasını dəyişib.

“The Times of Israel”in məlumatına görə, ümumilikdə 20 nəfər xəsarət alıb, onlardan beşi kritik vəziyyətdə, yeddisi isə ağır yaralıdır.

İsrail mediası yazır ki, hücumu törədən iki silahlı şəxs hərbçilər tərəfindən zərərsizləşdirilib. Hadisə Ramot dairəsi və İqal Yadin küçəsinin kəsişməsində, avtobus dayanacağı yaxınlığında baş verib.

Polis hadisə terror aktı kimi dəyərləndirib və ərazini tamamilə bağlayıb. Hücum yerində aşkar edilən şübhəli əşyanın partlayıcı olub-olmadığı yoxlanılır.

Terror aktına görə Baş nazir Benyamin Netanyahunun məhkəməsi təxirə salınıb. O, korrupsiyada ittiham olunur və indiyə qədər bir neçə məhkəmə prosesi keçirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?