Modern.az

Pezeşkian ABŞ-yə gedir

Pezeşkian ABŞ-yə gedir

Dünya

8 Sentyabr 2025, 14:18

İran Prezidenti Məsud Pezeşkian 23-30 sentyabr tarixlərində Nyu-Yorkda (ABŞ) BMT-nin yaradılmasının 80 illiyinə həsr olunmuş görüşdə iştirak edəcək.

Modern.az İran mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi İsmayıl Bəqai bildirib.

"Qanuna görə, ABŞ İran nümayəndə heyətinin Nyu-Yorka səfərini məhdudlaşdırmaq hüququna malik deyil, lakin o, bunu edir", - o əlavə edib.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti bu ay İran nümayəndə heyətinin BMT-yə səfərinə xüsusi məhdudiyyətlərin tətbiqini nəzərdən keçirir. Bu məhdudiyyətlər İran rəsmilərinin Nyu-Yorkdan kənara çıxmasına və topdansatış mağazalarından alış-veriş etməsinə aid ola bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?