Modern.az

Obama 3-cü dəfə bu mükafatın sahibi oldu

Obama 3-cü dəfə bu mükafatın sahibi oldu

Dünya

8 Sentyabr 2025, 17:42

ABŞ-nin keçmiş prezidenti Barak Obama üçüncü dəfə "Emmi" mükafatına layiq görülüb.

Modern.az-ın xəbərinə görə, bu barədə KP.ru nəşri məlumat verib.

Məlumata görə, 64 yaşlı siyasətçi Kreativ İncəsənət üzrə 76-cı mükafatların təqdimetmə mərasimində "Görkəmli nağılçı" nominasiyasında qalib olub.

Mükafat Obamanın "Netflix"də "Bizim okeanlarımız" sənədli serialındakı işinə görə verilib. Keçmiş prezident Los-Ancelesdə keçirilən mərasimdə şəxsən iştirak etməsə də, heykəlciyi onun adından aparıcı Cordan Klepper qəbul edib.

"Bizim okeanlar" layihəsi izləyicilərə dünya okeanlarının dərinliklərinə dalmağa imkan verib. Obama Sakit okeandakı donqar balinaların həyatı və onların miqrasiya proseslərindən, morjların Şimal Buzlu okeanında iqlim dəyişikliklərinə adaptasiyasından (uyğunlaşmasından) ətraflı şəkildə danışıb.

Qeyd edək ki, daha əvvəl Barak Obama iki dəfə "Emmi" mükafatının qalibi olub - 2022-ci ildə "Bizim möhtəşəm milli parklarımız" serialı və 2023-cü ildə "İş: Bütün gün nə ilə məşğul oluruq?" layihəsinə görə.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?