Modern.az

Fransada böhran - Baş nazir 9 ayda ikinci dəfə istefaya göndərildi

Fransada böhran - Baş nazir 9 ayda ikinci dəfə istefaya göndərildi

Dünya

8 Sentyabr 2025, 21:41

Fransa Milli Məclisi baş nazir Fransua Bayruya etimadsızlıq göstərib.

Modern.az xəbər verir ki, bu barədə BFM TV məlumat yayıb.

Səsvermənin nəticələrinə görə, 364 deputat etimadsızlığın lehinə, 194 nəfər isə Bayrunun vəzifədə qalmasına səs verib. Milli Məclisin sədri Yael Bron-Pive bildirib ki, baş nazir prezidentə istefa ərizəsini təqdim etməlidir.

Bayru səsvermədən əvvəl çıxış edərək sərt iqtisadiyyat tədbirlərini büdcə kəsirini azaltmaq üçün zəruri addım kimi əsaslandırıb. “Bu, prezidentin razılığı ilə istədiyim bir sınaq idi”, - deyə o, deputatlara müraciət edib. Lakin onun çıxışı zamanı bir sıra müxalifət üzvləri etiraz səsləri ilə iclası pozublar.

Baş nazirin təqdim etdiyi 2026-cı il büdcə planında vergilərin artırılması və 44 milyard avroluq xərclərin ixtisarı nəzərdə tutulurdu. Təkliflər arasında pensiya və sosial ödənişlərin azaldılması, varlılardan “həmrəylik ödənişi”nin alınması, həmçinin iki istirahət gününün (Pasxadan sonrakı bazar ertəsinin və 8 may Qələbə Gününün) ləğvi də var idi.

Fransua Bayru bu vəzifəni təxminən 9 ay icra edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?