Modern.az

Avropada Belarus kəşfiyyat şəbəkəsi ifşa edildi

Avropada Belarus kəşfiyyat şəbəkəsi ifşa edildi

Dünya

8 Sentyabr 2025, 21:58

Rumıniya, Macarıstan və Çexiyanın xüsusi xidmət orqanları Avropada Belarus tərəfindən qurulan gizli kəşfiyyat şəbəkəsini zərərsizləşdirib.

Modern.az xəbər verir ki, məlumatı Çexiyanın Təhlükəsizlik və İnformasiya Xidməti yayıb.

Bildirilib ki, şəbəkə Belarusun Dövlət Təhlükəsizlik Komitəsi (DTK) tərəfindən yaradılıb və əsas məqsəd Avropada məxfi məlumatların toplanması olub. İfşa olunan şəxslər arasında Moldova xüsusi xidmət orqanlarının (DTK) sabiq rəhbər müavini də olub. Onun DRK-yə gizli məlumat ötürdüyü qeyd edilir.

Çexiya Xarici İşlər Nazirliyi əlavə edib ki, Belarus səfirliyinin bir əməkdaşı kəşfiyyat fəaliyyəti ilə məşğul olduğu üçün "persona non grata" elan edilib və ölkədən çıxarılacaq. Nazirliyin bəyanatında vurğulanıb ki, diplomatik statusun xüsusi xidmətlərin fəaliyyəti üçün sui-istifadəsinə yol verilməyəcək.

Məlumatda həmçinin qeyd olunur ki, belaruslu agentlər Avropa ərazisində sərbəst hərəkət imkanlarından istifadə edərək şəbəkə qurmağa nail olublar.

Xatırladaq ki, bu ilin martında Litva Prokurorluğu iki vətəndaşı Belarusun xeyrinə casusluqda ittiham edərək məhkəməyə verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?