Modern.az

Tbilisidə merin qərargahı önündə dava: xarici jurnalist döyüldü - VİDEO

Tbilisidə merin qərargahı önündə dava: xarici jurnalist döyüldü - VİDEO

Dünya

8 Sentyabr 2025, 22:23

Tbilisidə hazırkı mer Kaxa Kaladzenin seçki qərargahı önündə insident baş verib.

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, hakim “Gürcü Arzusu” partiyasının tərəfdarları ilə Qərbyönümlü etirazçılar arasında kütləvi dava düşüb.

Hadisə yerinə çox sayda polis qüvvəsi cəlb olunub.

Toqquşma zamanı Macarıstandan olan jurnalist ağır xəsarət alıb. O, Tbilisidə etiraz aksiyalarını mütəmadi işıqlandıran media nümayəndəsidir. Jurnalist Meliklišvili prospektində döyülüb, daha sonra təcili tibbi yardım maşını ilə Rustaveli prospektindən xəstəxanaya aparılıb.

Məlumata görə, “Gürcü Arzusu”nun gənclər qanadının üzvləri etirazçılara və jurnalistlərə hücum ediblər. Zərərçəkənlər arasında Publika nəşrinin əməkdaşı da var. Ona birbaşa efir zamanı hücum edilib və mobil telefonu əlindən alınıb.

Hadisə ilə bağlı Gürcüstan hüquq-mühafizə orqanlarının araşdırmaya başlayacağı gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?