Modern.az

Yunanıstanda 5.2 bal gücündə ZƏLZƏLƏ

Yunanıstanda 5.2 bal gücündə ZƏLZƏLƏ

Dünya

9 Sentyabr 2025, 07:43

Egey dənizinin Yunanıstan sahillərində 5,2 maqnitudada zəlzələ baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

 

Seysmoloqların məlumatına görə, zəlzələ UTC vaxtı ilə saat 21.27-də (Bakı vaxtı ilə saat 01:27) təxminən 664 min nəfərin yaşadığı Afinadan 37 kilometr şimal-şərqdə və təxminən 15 min nəfər əhalisi olan Nea-Makri şəhərindən 14 kilometr şimal-şərqdə baş verib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

 

Qurbanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?