Modern.az

Valeri Gerasimovun xidmət müddəti uzadıldı

Valeri Gerasimovun xidmət müddəti uzadıldı

Dünya

9 Sentyabr 2025, 09:56

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun hərbi xidmət müddəti uzadılıb.

Modern.az-ın məlumatına görə, bu barədə “Vedomosti” Müdafiə Nazirliyinə yaxın iki mənbəyə istinadən xəbər yayıb.

Dünən Gerasimovun 70 yaşı tamam olub. Həmin gün prezident Vladimir Putin onu “İgidliyə görə” ordeni ilə təltif edib.

Valeri Gerasimov 2012-ci ilin noyabrında Baş Qərargah rəisi — müdafiə nazirinin birinci müavini təyin edilib. 2021-ci ildə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

2021-ci ildə Vladimir Putin ordu generallarının və marşallarının 70 yaşına çatdıqda hərbi xidmət müddətinin uzadılmasına icazə verən qanunu təsdiqləyib. Elə həmin il prezidentin sərəncamları ilə təyin olunan 70 yaşdan yuxarı şəxslərin dövlət qulluğunda olma müddətinin uzadılmasına imkan verən düzəlişlər qəbul edilib. 2025-ci il avqustun sonunda Vladimir Putin İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin səlahiyyətlərini uzadıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?