Modern.az

700 mindən artıq suriyalı Türkiyəni tərk edib

700 mindən artıq suriyalı Türkiyəni tərk edib

Dünya

9 Sentyabr 2025, 10:34

Son 9 ayda Türkiyədən könüllü şəkildə vətəninə dönən suriyalı qaçqınların sayı 747 mindən çox olub.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "Anadolu" agentliyinə açıqlamasında məlumat verib.

Nazir vurğulayıb ki, Türkiyə dünyaya nümunə göstərərək suriyalıların könüllü şəkildə geri dönüşünü dəstəkləməyə davam edir.

Rəsmi məlumata görə, açıqlanan rəqəm 2024-cü il 8 dekabrda Suriyada Bəşər Əsəd hökumətinin devrilməsindən sonrakı dövrü əhatə edir. 

BMT Qaçqınlar üzrə Ali Komissarlığının müavini Kelli Klementis sentyabrın əvvəlində bildirib ki, ötən ilin dekabrından bu yana müxtəlif ölkələrdən Suriyaya 850 mindən çox qaçqın qayıdıb və bu sayın 1 milyona çatacağı gözlənilir.

Avropada suriyalıların geri dönüş göstəriciləri xeyli aşağıdır. Dünya agentliklərinin məlumatına əsasən, Almaniyada yaşayan 955 min suriyalıdan yalnız 1,5 min nəfər bu ilin yanvar-may aylarında geri dönmək qərarı verib. Əksinə, eyni müddətdə 17,6 min nəfər Almaniyada sığınacaq üçün yeni müraciət edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?