Modern.az

Pakistan BMT çərçivəsində Ermənistanı tanımağı planlaşdırır

Pakistan BMT çərçivəsində Ermənistanı tanımağı planlaşdırır

Dünya

9 Sentyabr 2025, 11:07

Pakistan BMT çərçivəsində Ermənistanı tanımağı planlaşdırır.

Modern.az xəbər verir ki, bu barədə TASS diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumata əsasən, prosedurlar bir neçə həftə və ya ay çəkə bilər. Diplomatik mənbələr bildirirlər ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasından sonra bu prosesin qarşısında maneə qalmayıb.

Xatırladaq ki, 31 avqustda Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Pakistanın XİN rəhbəri İshaq Dar görüş keçirib. Görüşün yekununda iki ölkə diplomatik münasibətlərin qurulması barədə kommünike imzalayıb.

Qeyd edək ki, müstəqillik əldə etdikdən sonra Ermənistanın Pakistanla diplomatik əlaqələri olmayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?