Modern.az

Nepal Prezidentinin istefası xəbəri təkzib edildi - YENİLƏNİB

Nepal Prezidentinin istefası xəbəri təkzib edildi - YENİLƏNİB

Dünya

9 Sentyabr 2025, 17:00

Nepal prezidenti Ram Çandra Paudelin ofisi onun istefası ilə bağlı xəbərləri təkzib edib.

Modern.az xəbər verir ki,  bu barədə Hindistanın "India Today" nəşri məlumat yayıb. 

***

16:24

Nepal Prezidenti Ramçandra Paudel ölkədəki kütləvi etirazlar fonunda istefa verib.

Modern.az xəbər verir ki, bu barədə məlumatı “India Today” yayıb.

O, 2023-cü ilin martından Nepalın prezidenti olub.

Bu gün bir neçə saat əvvəl ölkənin Baş naziri Şarma Oli də istefa vermişdi.

Qeyd edək ki, bir neçə gün əvvəl Nepalda sosial şəbəkələrə qoyulan qadağalardan sonra ölkədə kütləvi etiraz aksiyaları başlayıb. Əsas olaraq gənclərin iştirak etdiyi etirazlar zamanı baş verən qarşıdurmalarda 22 nəfər ölüb, 500-dən çox insan isə yaralanıb. Məhdudiyyətlər isə sentyabrın 9-da ləğv edilib. 

Bununla belə, bu gün paytaxtda parlament binasının önündə hökumətin istefası tələbi ilə yenidən aksiya təşkil edilib. Etirazçılar R.Paudelin iqamətgahına, eləcə də parlamentin binasına basqın edərək yandırıblar.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?