İsrail Qətərdə Həmas liderlərinə zərbələr endirilməsi barədə ABŞ-ı əvvəlcədən məlumatlandırıb.
Modern.az xəbər verir ki, bu barədə "Reuters"ə İsrail rəsmiləri məlumat verib.
“İsrail Hayom” qəzeti iddia edir ki, zərbələrdən əvvəl Qətər də xəbərdar edilib. Qətər Xarici İşlər Nazirliyi isə İsrailin yaşayış binalarına hücumunu kəskin şəkildə pisləyib.
Məlumata görə, Dohada vurulan binada HƏMAS-ın Qəzzadakı lideri, hərəkatın xaricdəki ofisinin rəhbəri və radikalların siyasi bürosunun daha üç üzvü olub.
HƏMAS-ın Qəzzadakı lideri, hərəkatın xaricdəki ofisinin rəhbəri və İordan çayının qərb sahilindəki radikal qrupun komandiri də Dohada öldürülüb
***
17:20
İsrail ordusu Qətərdə HƏMAS təşilatının vəzifəli şəxslərinin olduğu əraziyə zərbələr endirib.
Modern.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) və Şin Bet (ISA) birgə bəyanat yayıb.
"İllərdir HAMAS rəhbərliyinin bu üzvləri terror təşkilatının əməliyyatlarına rəhbərlik edir, 7 oktyabr qırğınına görə birbaşa məsuliyyət daşıyır və İsrail dövlətinə qarşı müharibə təşkil edir və ona rəhbərlik edirdilər. Zərbədən əvvəl mülki əhaliyə dəyən zərərin azaldılması, o cümlədən yüksək dəqiqlikli döyüş sursatlarının istifadəsi və əlavə kəşfiyyat məlumatlarının alınması üçün tədbirlər görülüb", - açıqlamada bildirilir.
Mətbuatı yazır ki, Qətərin paytaxtı Dohada bir neçə partlayış qeydə alınıb.
Dohada 10-dan çox partlayışın baş verdiyi deyilir.