Modern.az

Xamenei 3458 məhkumu əfv etdi

Xamenei 3458 məhkumu əfv etdi

Dünya

9 Sentyabr 2025, 17:40

İranın ali lideri Ayətullah Seyid Əli Xamenei Məhəmməd peyğəmbərin və İmam Cəfər bin Məhəmməd əs-Sadiqin mövludunun ildönümündə bir sıra məhkumların əfv edilməsinə və ya cəzalarının yüngülləşdirilməsinə razılıq verib.

Modern.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Belə ki, Xamenei 3458 məhkumun əfvinə və ya cəzasının yüngülləşdirilməsinə razılıq verib.

Məhkumların siyahısı İran Konstitusiyasının 110-cu maddəsinə uyğun olaraq xüsusi məhkəmə komitəsi tərəfindən işlərinə baxıldıqdan sonra məhkəmə hakimiyyətinin başçısı Qulamhüseyn Möhseni-Ejeinin təsdiqi üçün ali rəhbərə təqdim edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?