Modern.az

İsrailin Qətərdə vurduğu binada kimlər olub? - ADLAR

İsrailin Qətərdə vurduğu binada kimlər olub? - ADLAR

Dünya

9 Sentyabr 2025, 18:41

İsrail rəsmiləri ABŞ Prezidenti Donald Trampın administrasiyasını əvvəlcədən xəbərdar edib və Vaşinqton əməliyyata “yaşıl işıq” yandırıb.

Modern.az xəbər verir ki, bu barədə "Jerusalem Post" nəşri yazıb.

Məqsəd Qətərin paytaxtı Dohada “HƏMAS” rəhbərliyinə qarşı zərbə endirmək olub.

Partlayışlardan sonra ABŞ səfirliyi Dohadakı vətəndaşlarını təhlükəsizlik məqsədilə sığınacaqlarda qalmağa çağırıb.

"Əl-Hədət" kanalının məlumatına görə, hücum ABŞ-ın atəşkəs təklifini müzakirə edən “HƏMAS” rəhbərlərinə qarşı həyata keçirilib. Binada təşkilatın yüksək rütbəli şəxsləri olub:

Qəzza zolağındakı lider və danışıqlar qrupunun rəhbəri Xalil əl-Heyya,

Hərəkatın xaricdəki ofisinin başçısı Xalid Məşəl,

İordan çayının Qərb sahilindəki qruplaşmanın komandiri Zahir Cəbarin,

Siyasi büro üzvləri Nizar Audalla və Qazi Həmmad.

Əlavə olaraq, hadisə vaxtı təşkilatın digər yüksək səviyyəli təmsilçilərinin də görüşdə olduğu bildirilir.

"Əl-Cəzirə" telekanalı bildirib ki, partlayışdan sonra “HƏMAS” liderləri sağ qalıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?