Modern.az

İsrail niyə Qətərə hücum edib? – TƏFƏRRÜAT

İsrail niyə Qətərə hücum edib? – TƏFƏRRÜAT

Dünya

9 Sentyabr 2025, 20:08

İsrailin baş naziri Binyamin Netanyahu Qəzzada və Yerusəlimdə baş verən qanlı terror hücumlarından sonra təhlükəsizlik qurumlarına HƏMAS rəhbərliyinin qərargahına zərbə endirmə göstərişi verib.

Modern.az xəbər verir ki, bu barədə İsrail hökuməti məlumat yayıb.

Yayılan açıqlamaya görə, müdafiə naziri İsrael Kats da bu qərarı tam dəstəkləyib.

Qeyd edək ki, sentyabrın 8-eə Yerusəlimin Ramot rayonundakı avtobus dayanacağında iki silahlı şəxs insanlara atəş açıb. Onların İordan çayının Qərb sahilindən olduqları bildirilir. Hücum nəticəsində azı altı nəfər həlak olub, 15 nəfər yaralanıb. Silahlılar isə dərhal İsrail hərbçiləri tərəfindən zərərsizləşdirilib.

Hadisədən sonra Netanyahu təhlükəsizlik şurası ilə fövqəladə iclas keçirib. Burada əldə edilən əməliyyat imkanından istifadə edərək Qətərdə yerləşən HƏMAS rəhbərliyinə qarşı hərbi tədbir görülməsi qərara alınıb. Baş nazirin xidməti vurğulayıb ki, qərar bütün güc strukturlarının razılığı ilə qəbul olunub və əmrin icrası bir gün əvvəl verilmişdi.

Məlumata görə, Qətərdə hədəf alınan obyekt HƏMAS-ın yüksək səviyyəli rəhbərlərinin danışıqlar apardığı qərargah olub. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?