Modern.az

Dohaya hücum Netanyahunun qərarıdır, mənim yox - TRAMP

Dohaya hücum Netanyahunun qərarıdır, mənim yox - TRAMP

Dünya

10 Sentyabr 2025, 00:59

Dohada HƏMAS-a hücum Baş nazir Netanyahunun verdiyi qərar idi. Mənim yox.

Modern.az-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb.

O, dərhal xüsusi elçi Stiv Uitkofa Qətərə gözlənilən hücum barədə məlumatlandırmağı əmr etdiyini deyib. “O, bunu etsə də artıq çox gec etdi. Mən Qətərə ABŞ-ın güclü müttəfiqi, dostu kimi baxıram və hücumun yeri ilə bağlı təəsüf hissi keçirirəm. Mən bütün girovların azad edilməsini və bu müharibənin tezliklə bitməsini istəyirəm”,-deyə Tramp əlavə edib.

Tramp hecumdan sonra İsrailin Baş nazirİ Netanyahu və Qətər əmiri və Baş naziri ilə danışdığını təsdiqləyib. “Mən Dövlət katibi Marko Rubioya Qətərlə Müdafiə Əməkdaşlığı Sazişini yekunlaşdırmağı tapşırmışam”,-deyə ABŞ Prezidenti vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?