Modern.az

Türkiyədə hücuma məruz qalan siyasətçilər - SİYAHI

Türkiyədə hücuma məruz qalan siyasətçilər - SİYAHI

9 Aprel 2014, 14:07


Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçtaroğluna aprelin 8-də edilən yumruqlu hücum Türkiyənin siyasi həyatında ilk hadisə deyil, görünür ki, son hadisə də olmayacaq.

Modern.az saytı Türkiyə KİV-lərinə istinadən bu ölkədə siyasi həyatının tanınmış isimlərinin başına gələnləri təqdim edir.

İsmət İnönü CHP-lilər 1959-cu ilin bahar aylarında Qərbi Anadolu ellərini əhatə edən və Böyük Hücum adı verilən bir seçki kampaniyası başlatmışdı. Bu seçki gəzintiləri əsnasında İnönü Xidmətçidə daşlı hücuma uğramışdı. İsmət İnönü 4 May 1959-cu il mayın 4-də İstanbul Topkapıda da hücuma uğramış, onu ətrafındakı izdihamdan bir polis komissarı qurtarmışdı.

Bülent Ecevid isə bir neçə dəfə hücuma və sui-qəsd cəhdinə məruz qalıb. 1975-ci ilin iyun ayında CHP-nin Gerede mitinqində Ecevidin avtobusuna daşla hücum təşkil edilmiş, sonra da bir məscid minarəsindən kütləyə atəş açılmışdı. CHP millət vəkilləri, Ecevidi mühasirəyə alaraq meydandan uzaqlaşdırmışdılar.

Bülent Ecevid seçki kampaniyası üçün getdiyi İzmir hava meydanında 1977-ci il mayın 29-da əks-partizan tərəfindən təşkil edildiyi iddia edilən sui-qəsddən sağ xilas olmuşdu.

Baş nazir Turqut Özala 1988-ci ildə ANAP konqresi əsnasında Qartal Demirağ tərəfindən sui-qəsd cəhdi edilib. Özal bu hücumda barmağından yaralanmış, sonra kürsüyə çıxaraq danışmasını tamamlamışdı.

Süleyman Dəmirələ saxta kapitan forması geyən Vural Önsel adlı bir adam, 1975-ci il mayın 13-də baş nazirlik binası önündəki pilləkənlərdə yumruq atıb. Önselin anası oğlunun ruh sağlamlığının xarab olduğunu söyləmişdi. Önsel 1,5 il həbsə məhkum edilib.

Süleyman Dəmirəl 1996-cı il mayın 18-də İzmitdə bir alver mərkəzinin təməl atma mərasimində iştirak edən dövlət başçısı Süleyman Dəmirəl sui-qəsd cəhdinə hədəf olub. Dəmirəl kürsüdə danışarkən İbrahim Gümrükçüoğlu adlı sui-qəsdçi silahını dövlət başçısına yönəldib. Dəmirəlin mühafixə xidmətinin rəhbəri təcavüzkarın üzərinə atlayaraq sui-qəsdin qarşısını alıb.

Məsud Yılmaz Ana Vətən Partiyasının lideri Məsud Yılmaz da yumruqlu hücuma uğrayıb. 1988-ci ilin noyabr ayında Budapeştdə qaldığı otelin lobbisində yumruqlu hücuma uğrayan Yılmazın burnu qırılmışdı.

Akın Birdal. Barış və Demokratiya Partiyasının (BDP) Diyarbəkrdən olan millət vəkili Akın Birdal partiyasının Bursada təşkil etdiyi “Rereferandum üçün boykot” mitinqində danışarkən, bir adamın hücumuna uğrayıb.

Tuncelidə qatıldığı mitinqdə çıxışı zamanı kürsünün yerləşdiyi platformada olan bir adam Birdəlin yanına gedərək baş atıb.

Akın Birdal hücumdan yaralı olaraq xilas olarkən, hücumu reallaşdıran universitet tələbəsi də linç cəhdindən sonra reanimasiyaya yerləşdirilib.

Ahmet Türk. Bağlanılan DTP-nin rəhbəri Ahmet Türk Samsundakı Bulanık olayları davası sonrası yumruqlu hücuma uğrayıb. Hücum zamanı Ahmet Türkün burnu qırılıb, alnında yarıq meydana gəlmişdi.

Fevzi Şıhanlıoğlu Türk siyasi həyatındakı ən ağrılı yumruq hadisəsi isə Türkiyə Böyük Millət Məclisində yaşanıb. 2001-ci il yanvarın 31-də iç tüzük görüşmələri əsnasında çıxan davada DYP Şanlıurfa millət vəkili Fevzi Şıhanlıoğlu üzündən aldığı bir yumruq davasından sonra infarkt keçirərək həyatını itirib. Hadisə ilə əlaqədar MHP İçel millət vəkili Cahit Tekelioğlu tutularaq 3 il həbsə məhkum olunub və 13 ay həbsxanada yatıb.

Taner Yıldız Şırnakda jandarmaya aid vətəndaş mikroavtobusa edilən silahlı hücumda ağır yaralanan, Ankara Gülhane Əsgəri Tibb Akademiyasında (GATA) şəhid olan jandarma kapitanı Levent Çetinkayanın Kayseridəki cənazə mərasimində iştirak edən enerji və təbii ehtiyatlar naziri Yıldız bir adamın yumruqlu hücumuna uğrayıb.

Təcavüzkarın bədən tərbiyəsi müəllimi və adının Şahin Şimşək olduğu bildirilib Təhlükəsizlik gücləri hadisə ilə əlaqədar olaraq təcavüzkarı və 3 adamı nəzarətə götürüblər.

Bəkir Bozdağ Nevşehirin Hacıbektaş mahalında təşkil edilən "50. Milli 24. Beynəlxalq Hacı Bektaşı Vəli Xatırlama Mədəniyyət və Sənət Fəaliyyətləri"nə qatılan baş nazirin köməkçisi Bəkir Bozdağa çıxışı zamanı etiraz edilib. Bozdağ kürsüdən endikdən sonra da bir anda ortalıq qarışıb. Bir şəxs Bozdağa hücum etmək istəyib. Mühafizəçilər araya girdiyindən olay böyüməyib.

CHP lideri Kamal Kılıçdaroğuna bundan bir müddət əvvəl də Qaziantəpdəki mitinqi əsnasında ayaqqabı atılıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü