Modern.az

Dünya Çempionatının finalı üçün hazırlanan - “Brazuka”

Dünya Çempionatının finalı üçün hazırlanan - “Brazuka”

11 İyul 2014, 00:05

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, “Adidas” firmasının Braziliyada keçirilən futbol üzrə dünya çempionatının finalı üçün hazırladığı “Brazuka” topu digərlərindən qızılı rəngli bəzəkləri ilə seçilir. Eyni zamanda, finalın oynanılacağı şəhər, stadion və həlledici matçda qarşılaşacaq komandaların adları da topun üzərində həkk olunub.

Qeyd edək ki, Almaniya və Argentina milli komandalarının final oyunu iyulun 13-ü Bakı vaxtı ilə saat 00:00-da keçiriləcək.

Rafiq Qənbərov

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi