Modern.az

Ukrayna parlamentində kommunistlərin fraksiyası buraxıldı

Ukrayna parlamentində kommunistlərin fraksiyası buraxıldı

Dünya

24 İyul 2014, 13:27

Ali Radanın spikeri Aleksandr Turçinov Ukrayna Kommunist Partiyasının buraxıldığını elan edib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, o, kommunistlərin parlamentdəki fraksiyasının bundan sonra olmayacağını arzuladığını da qeyd edib. Ali Radaya keçirilən yeddinci çağırış seçkilərindən sonra Ukrayna Kommunist Partiyası 33 deputat yeri əldə edib. 2014-cü il iyulun 1-də həmin fraksiya üzvlərinin sayı 23-ə qədər azalıb. Bu isə o deməkdir ki, kommunistlər saya görə fraksiya kimi çıxış edə bilməzlər. Bunu nəzərə alaraq kommunistlərin Ali Radadakı fraksiyasının buraxılması elan edilib.

Turçinovun fikrincə, bu tarixi hadisədir. Partiyanın lideri Pyotr Simonenko isə kommunistlərin Ali radanın bu qərarından əvvəlcə yerli, sonra Avropa İnsan haqları məhkəməsinə şikayət edəcəklərini bildirib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi