Modern.az-ın məlumatına görə, prezident Milli Qvardiyanın xüsusi təyinatlı birinci briqadasına tanklar, müasir tipli “BTR-3”, “BTR-4” və “Cougar” zirehli döyüş maşınlarını təqdim edib. Daha sonra prezident Poroşenko və Ali Radanın sədri Aleksandr Turçinov hərbi texnikalara baxış keçiriblər. Xatırladaq ki, bir neçə gün öncə, iyulun 25-də Ali Radada çıxışı zamanı maliyyə naziri Aleksandr Şlapak ölkənin cənub-şərqində hərbi əməliyyatların aparılması üçün xəzinədə vəsaitin olmadığını söyləmişdi. Nazir rəsmi bəyan etmişdi ki, avqustun 1-dən hərbçilərə pul ödəmək üçün vəsait yoxdur.