Modern.az

İranda 3 nəfər edam olundu - FOTOLAR

İranda 3 nəfər edam olundu - FOTOLAR

Dünya

4 Avqust 2014, 17:21

Modern.az Fars agentliyinə (İran) istinadən xəbər verir ki, Şiraz şəhərində quldurluqda ittihamlanmış üç məhbusun edamı həyata keçirilib. Şəhər əhalisinin cəzanın yerinə yetirilməsini izləmək imkanı olub. Edam asılmaqla icra edilib.

Edam olayları ilə tez-tez gündəmə gələn İranda bu dəfə xalqın gözü qarşısında proses gerçəkləşdirilib. Onlar təcavüz və silahlı soyğunda təqsirli bilinən və 12 dəfə silahlı basqında təqsirkar olan dəstə üzvləridir.  Qeyd edək ki, İran dünyada edam qərarını ən çox tətbiq edən ölkələr arasında yer alır.

 










Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi