Modern.az

Eks-prezidentin qardaşı öldü

Eks-prezidentin qardaşı öldü

5 Avqust 2014, 13:23

Ermənistanın ilk prezidenti (1991-1998), hazırda müxalifətdəki Ermənistan Milli Konqresinin sədri Levon Ter-Petrosyanın böyük qardaşı Petros Ter-Petrosyan ölüb. Modern.az saytı erməni mətbuatına istinadən xəbər verir ki, Petros Ter-Petrosyanın 73 yaşı olub. O, professor elmi dərəcəsi alıb və son günlərə qədər Yerevan Memarlıq və İncəsənət Universitetinin kafedra müdiri vəzifəsində çalışıb. 

Qeyd edək ki, Petros Ter-Petrosyan 1941-ci il fevralın 16-da Suriyanın Hələb şəhərində anadan olub. Petrosyanlar ailəsi 1946-cı ildə SSRİ-nin icazəsi ilə Ermənistana köç ediblər.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi