Modern.az

Səddam Hüseynin cəsədi məzardan çıxarılıb

Səddam Hüseynin cəsədi məzardan çıxarılıb

Dünya

7 Avqust 2014, 11:08

İraqın keçmiş lideri Səddam Hüseynin mənsub olduğu Elbu Nasir tayfası  Səddamın cəsədinin səkkiz ay əvvəl məzarından çıxarılıb aparıldığını açıqlayıb.

Modern.az-ın məlumatına görə, “Reuters” agentliyinə danışan bir tayfa lideri deyib: “Cəsədini səkkiz ay əvvəl təhlükəsiz bir yerə daşıdıq. Ona bir şey olmasından qorxduq. Qorxu hisslərimiz doğru çıxdı. Cəsədi dörd nəfər daşıdıq. Lakin oğullarının cəsədlərini daşımadıq. Birilərinin məzarları dağıtmasından qorxduq. Səddam Hüseyni bir dəfə öldürmədilərmi? Onun meyitindən də qorxurlar”.

Qeyd edək ki,  Səddamın abidəsi ötən günlərdə mərkəzi İraq hökumətinə sadiq ordu tərəfindən dağıdılıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi