Modern.az

Ölüləri küçəyə atırlar

Ölüləri küçəyə atırlar

8 Avqust 2014, 00:04



Qərbi Afrikada 900 nəfərin ölümünə səbəb olan Ebola virusu sürətlə yayılır. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, virusdan qorxan afrikalılar artıq ölən yaxınlarının meyitlərini küçəyə atır.

Ebola üzündən Liberiyada küçələr dəhşətli görüntülərə səhnə olur. Virusun qurbanı olan bir gəncin cəsədini ailəsi virusun özlərinə yoluxmaması üçün küçəyə atıb. Küçə ortasında cəsədə heç kim reaksiya verməyib, yanından eləcə keçib gediblər.

Rəsmilər xalqın ölənlərin cəsədini küçəyə atmağa başlamasına qarşı verdiyi bəyanatda insanlardan cəsədləri atmaması istənərkən, cəsədlərin evlərdən uyğun şəkildə toplanacağı bildirilib.

Hazırda Ebola virusundan ölənlərin cəsədləri virusun yayılmaması üçün şəhər kənarında yandırılır.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi