Modern.az

Rusiya Snoudenə daha üç il yaşayış izni verib

Rusiya Snoudenə daha üç il yaşayış izni verib

8 Avqust 2014, 10:13



Rusiya amerikalı kompüter mütəxəsissi, CIA və NSA-nın əməkdaşı  Eduard Snoudenə daha üç il yaşayış izni verib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Snoudenin vəkili Anatoli Kuçerena deyib.

Rusiyada yaşayan mütəxəsissin burda qalma müddəti iyulun 31-də bitmişdi. Vəkilin müraciətindən sonra məsələyə yenidən baxılıb: “Ona sərbəst hərəkət və xaricə səyahət imkanı veriləcək”.

Qeyd edək ki, ABŞ höküməti Snoudeni Milli Təhlükəsizlik Agentliyinin gizli məlumatlarını ötürməkdə ittiham edir.

Rüfanə GÜNƏŞ

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi