Modern.az

Ukrayna Putinə ağır zərbə vurmağa hazırlaşır

Ukrayna Putinə ağır zərbə vurmağa hazırlaşır

8 Avqust 2014, 17:30

Rus qazının Avropaya tranzitinə qadağa qoyula bilər



Ukraynanın baş naziri Arseni Yasenyuk ölkəsinin Rusiyaya qarşı 26 növdə sanksiya tətbiq edəcəyini bildirib. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, sənəd təsdiqlənməsi üçün Nazirlər Kabineti tərəfindən Ali Radaya və prezidentə göndərilib. Tətbiq ediləcək sanksiyalar sektorial olacaq və Rusiya banklarını, siyasətçilərini, dövlət xadimlərini əhatə edəcək. Rəsmi Kiyev ölkə ərazisində fəaliyyət gösətərn rus kapitallı bankları nəzarətə götürəcək. Krımda filialları olan banklar isə ölkə ərazisində fəaliyyət göstərə bilməyəcək.

Qanun təsdiqlənərsə, Rusiya Federasiya Şurası, Dövlət Duması və Təhlükəsizlik Şurasının üzvləri də Ukrayna ərazisinə daxil ola bilməyəcəklər. Daha 500 nəfərdən ibarət rus mədəniyyət xadimləri və şou-biznes nümayəndələri də eyni sanksiyalarla üzləşəck.

Xatırladaq ki, iylun 23-də separatizmi və terrorçuluğu dəstəkləyən Rusiya vətəndaşlarına qarşı sanksiyaların tətbiq ediləcəyini bildirən Yasenyuk şərq qonşusunun Avropaya qaz ixrac etməsində tranzit rolunu oynayan ölkəsinin bu funksiyadan da imtina edə biləcəyini və rus aviaşirkətlərinin uçuşlarına qadağa qoyacaqlarını da söyləmişdi.

Vüqar İsmayılov   

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi