Modern.az

Türkiyənin sabiq baş naziri və eks-prezidenti səsverməyə getmədi

Türkiyənin sabiq baş naziri və eks-prezidenti səsverməyə getmədi

Dünya

11 Avqust 2014, 00:12


Türkiyənin sabiq baş naziri Tansu Çillər 10 avqust prezident seçkilərinin səsverməsinə getməyib. Modern.az “CNNtürk”ə istinadən xəbər verir ki, 7 iyul tarixində Bodrumda tətil zamanı ayağını qıran Tansu Çillər bir müddət xəstəxanada müalicə almışdı. Eks-baş nazirin həyat yoldaşı Özer Uçuran Çillərin isə səhər saatlarında səsverməyə getdiyi bildirilir.

Digər məlumata görə, Türkiyənin sabiq prezidenti Əhməd Necdət Sezər və xanımı Semra Sezər də səs vermək üçün sandıq başına gəlməyib. Dünən axşam saatlarında Bodrumdan Ankaranın Gölbaşındakı evinə gələn və gün boyu jurnalistlərin səsverməyə gedəcəyini gözlədiyi Sezər ailəsi bu addımına şərh verməyib.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi