Modern.az

Prezident kralın alnından öpdü - FOTO

Prezident kralın alnından öpdü - FOTO

11 Avqust 2014, 11:01



Modern.az
saytı xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı kralı Əbdüləziz əl-Səud rəsmi səfərlə bu ölkəyə gəlmiş Misir prezidentini qəbul edib. Hərbi çevrilişdən sonra hakimiyyətə gələn və prezident seçilən general Əbdülfəttah əl-Sisi ilə görüşü zamanı bir məqam yerli və xarici fotoreportyorların diqqətindən yayınmayıb. Misir prezidenti kralın alnından öpüb.

Qeyd edək ki, əl-Sisinin hərbi çevrilişi və prezident seçilməsində Səudiyyə Ərəbistanı monarxının açıq dəstəyi olub. Ər-Riyaddakı rəsmi təmaslar zamanı Misir prezidentinə təqdim edilən “Kral Əbdüləziz nişanı” da bunun daha bir əyani sübutudur.

 

Modern.az

 
Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi