Modern.az

12 min dollarlıq pişik itib

12 min dollarlıq pişik itib

Dünya

12 Avqust 2014, 10:50



Moskva polisi 440 min rubl (təxminən 12200 dollar) dəyərində pişik balasının (caracal) oğurluğunda şübhəli bilinən bir nəfəri nəzarətə götürüb. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, caracal kitten - kiçik vaşaq kimi tanınan nadir heyvan - iyunun sonunda sahibinin mənzilindən aparılıb. Özünü alıcı kimi qələmə verən iki nəfər evə gələrək silah gücünə pişiyi və 500 min rublu götürüərək hadisə yerindən uzaqlaşıblar.

  Moskvada əməliyyatçılarla birgə Rusiya Daxili İşlər Nazirliyinin işçiləri cinayəti törətməkdə şübhəli bilinən bir şəxsi saxlayıb. Pişik balasının taleyi isə hələ də naməlum olaraq qalır.   Caracal - Afrikada, Ərəbistan yarımadasında, Kiçik və Mərkəzi Asiya və Hindistanda yaşayan pişik nəslindəndir, yarımsəhrada yaşayır, nəsli kəsilməkdədir. Qeyd edək ki, Rusiyada hansı heyvanların evdə saxlanmasına dair qanun yoxdur.    

Gülşən RAUFQIZI
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi